Jurnalistlər parlament binasına noutbukla daxil ola biləcəklər

Jurnalistlər parlament binasına noutbukla daxil ola biləcəklər Jurnalistlər Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasında iştirak edəcək.
Sağlamlıq
18 İyun , 2020 18:22
Jurnalistlər parlament binasına noutbukla daxil ola biləcəklər

Jurnalistlər Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasında iştirak edəcək.

Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Jurnalistlərdən koronavirusa görə sabah parlamentdə olarkən xüsusilə ehtiyatla işləmək xahiş edilir:

"Milli Məclisə daxil olarkən KİV və media üçün ayrılmış zonada çalışarkən fiziki məsafə gözləməniz, tibbi maska və əlcəkdən istifadə etməyiniz vacibdir.

Hər birinizin plenar iclasa noutbukla gəlməyiniz mümkündür".

Son xəbərlər

Orphus sistemi