Həkimlərə iyul və avqust ayları üzrə ödənilən mükafatın miqdarı açıqlanıb

Həkimlərə iyul və avqust ayları üzrə ödənilən mükafatın miqdarı açıqlanıb İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu ilin iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7.7 milyon manat, qeyri-tibb
Sağlamlıq
2 Noyabr , 2021 10:58
Həkimlərə iyul və avqust ayları üzrə ödənilən mükafatın miqdarı açıqlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu ilin iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7.7 milyon manat, qeyri-tibb işçilərinə isə 1.1 milyon manata yaxın müddətli əlavə ödəyib.

Agentlikdən "Report"a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin iyul və avqust ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4639.12 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, iyul və avqust ayları üzrə 7500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

Aylar

Dövlət tibb müəssisələri üzrə

Özəl tibb müəssisələri üzrə

Könüllülər üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

İyul

3 364 510.34 AZN (4946 nəfər)

563 470.25 AZN (1616 nəfər)

1318.87 AZN (1 nəfər)

4 250 AZN (17 nəfər)

3 933 549.46 AZN

(6580 nəfər)

Avqust

4 334 358.84 AZN (4789 nəfər)

508 269.02 AZN (1107 nəfər)

3320.25 AZN (2 nəfər)

3 250 AZN (13 nəfər)

4 849 198.11 AZN

(5911 nəfər)

Qeyd olunub ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən iyul və avqust ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi noyabrın 1-dək uzadılıb.

Son xəbərlər

Orphus sistemi