Həkimlərə əlavələrin ödənilməsi niyə gecikir?

Həkimlərə əlavələrin ödənilməsi niyə gecikir? Hazırda iyul ayı üzrə tibb və qeyri-tibb işçilərinə koronavirusla əlaqəli müddətli əlavələrin ödənilməsi prosesi davam edir.
Sağlamlıq
7 Sentyabr , 2020 10:45
Həkimlərə əlavələrin ödənilməsi niyə gecikir?
0 : 00
0 : 00

Hazırda iyul ayı üzrə tibb və qeyri-tibb işçilərinə koronavirusla əlaqəli müddətli əlavələrin ödənilməsi prosesi davam edir.

“Report” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Agentlik iyul ayı üzrə 1 080 nəfər tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq ümumilikdə 1.4 milyon manat məbləğində müddətli əlavə ödənilib.

“Agentlik dövlət tibb müəssisələrinin göndərdiyi siyahılara uyğun olaraq 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir", agentlikdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi