IV İslam Həmrəylik Oyunlarında 600 nəfərə yaxın tibbi yardım könüllüsü iştirak edəcək

IV İslam Həmrəylik Oyunlarında 600 nəfərə yaxın tibbi yardım könüllüsü iştirak edəcək Təşkilat Komitəsinin Baş tibbi məsləhətçisi: “Artıq 360 nəfər praktiki vərdişlərə yiyələnib”
Sağlamlıq
22 Fevral , 2017 12:07
IV İslam Həmrəylik Oyunlarında 600 nəfərə yaxın tibbi yardım könüllüsü iştirak edəcək

Bakı. 22 fevral. REPORT.AZ/ IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 12-dən 22-dək Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq.

İslam Oyunları Təşkilat Komitəsinin baş tibbi məsləhətçisi Samir Zeynalovun sözlərinə görə, bütün könüllülər fevral-mart ayları ərzində müxtəlif yönümlü tibbi təlimlərə cəlb olunacaqlar. Fevral ayının 6-dan bu günə qədər artıq 360 nəfər tibbi yardım könüllüsü ATU Tədris Cərrahiyyə Korpusunda oyunlar zamanı ilkin tibbi yardımın strukturu, təşkili, İlk Tibbi Yardım və Həyatın Vacib Saxlanması (BLS- Basic Life Support) təlimlərinə cəlb olunaraq nəzəri olaraq məlumatlandırılıb və praktiki vərdişlərə yiyələniblər.

S. Zeynalov bildirib ki, təlimlər zamanı ən müasir təlim və tədris avadanlıqlarından istifadə olunub: “Biz, yaxın vaxtlarda Azərbaycan Tibb Universitetinin 200 nəfərə qədər hazırkı IV və V kurs tələbələrini də bu təlimlərə cəlb etməklə, ilk tibbi yardım və həyatın vacib saxlanması vərdişlərinin onlar tərəfindən mənimsənilməsinə və könüllü olaraq oyunlar zamanı bizə dəstək olmalarına nail olmaq fikrindəyik. Artıq bu sahədə ilk Avropa oyunlarından müsbət təcrübə var və ozünü doğruldub. Bu təlimlərin həyata keçirilməsində bizə lazımi dəstəyi və hərtərəfli köməyi əsirgəməyən ATU-nun Tədris Cərrahiyyə Korpusunun direktoru, professor Surxay Hadıyevə minnətdarlığımızı bilidirir, əməkdaşlığımızın gələcəkdə daha sıx olacağına və ümumilikdə, ölkəmizə daha çox fayda verəcəyinə əminliyimizi bildiririk”.

Son xəbərlər

Orphus sistemi