İstehlaka yararsız qida məhsulları məhv edilib

İstehlaka yararsız qida məhsulları məhv edilib “Market-İN” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 340 kq müxtəlif növ qida məhsulları (alkoqolsuz içkilər, süd məhsulları, unlu-qənnadı məmulatları və s.) “Təhlükəli
Sağlamlıq
25 May , 2022 11:49
İstehlaka yararsız qida məhsulları məhv edilib

“Market-İN” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 340 kq müxtəlif növ qida məhsulları (alkoqolsuz içkilər, süd məhsulları, unlu-qənnadı məmulatları və s.) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Qeyd olunub ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Son xəbərlər

Orphus sistemi