İsmayıllıda marketdə nöqsanlar aşkarlanıb

İsmayıllıda marketdə nöqsanlar aşkarlanıb İsmayıllıda fəaliyyət göstərən marketdə nöqsanlar aşkar olunub.
Sağlamlıq
25 Yanvar , 2023 11:00
İsmayıllıda marketdə nöqsanlar aşkarlanıb

İsmayıllıda fəaliyyət göstərən marketdə nöqsanlar aşkar olunub.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən İsmayıllı rayonu, N.Nərimanov küçəsi 45 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov İlqar Məzlum oğluna məxsus “Bolluq Story” marketdə plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Belə ki, məhsulların yerləşdiyi rəflərin və soyducuların təmizliyinə nəzarət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi