İcraçı direktor: "Stasionar cərrahi tibbi xidmətlərin 69 %-i TƏBİB-in müəssisələrində icra edilib"

İcraçı direktor: "Stasionar cərrahi tibbi xidmətlərin 69 %-i TƏBİB-in müəssisələrində icra edilib" Bu il icbari tibbi sığorta təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, 31% -i isə özəl tibb müəssisələrində icra edilib.
Sağlamlıq
28 Sentyabr , 2023 12:10
İcraçı direktor: Stasionar cərrahi tibbi xidmətlərin 69 %-i TƏBİB-in müəssisələrində icra edilib

Bu il icbari tibbi sığorta təminatı çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, 31% -i isə özəl tibb müəssisələrində icra edilib.

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yenilənmiş Xidmətlər Zərfinin təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər mürəkkəb əməliyyatları biz özəl tibb müəssisələrinə göndəriş etməklə icra edirdik, amma artıq əməkhaqqı sistemində aparılan islahatlar, xarici ölkələrdə təhsil almış və çalışmış həkimlərin tibb müəssisələrimizə cəlb olunması hesabına əlavə və dəyişikliklərdən öncəki 2550 tibbi xidmətin hamısı təqdim edilir.

O bildirib ki, Xidmətlər Zərfinə yeni daxil olan tibbi xidmətləri, çətin əməliyyatları da icra edə bilmək üçün əllərindən gələni edirlər: "Məsələn, hazırda Yeni Klinikada orqan köçürülməsi, süni mayalanma, mürəkkəb fizioterapiya əməliyyatları, robotik cərrahiyyənin icrasını planlaşdırırıq. Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq".

TƏBİB-in icraçı direktoru vurğulayıb ki, qurumun tabeliyində olan tibb müəssisələrində icra edilən stasionar cərrahi xidmətlər sırasında TOP-5 əməliyyatlar siyahısında ginekoloji əməliyyatlar, hamiləlik, doğuş və zahılıq dövründə icra edilən mamalıq prosedurlarının sayı – 47%, həzm sistemində aparılan əməliyyatların sayı – 14%, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə aparılan əməliyyat sayı – 12 %, travmatoloji, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı – 9%, tənəffüs sistemi xəstəliklərinin cərrahi müalicəsi üzrə əməliyyatların sayı – 5% və icbari tibbi sığorta təminatına alınmış cərrahi tibbi xidmətlərə görə ümumi sığorta ödənişlərinin 48%-ni təşkil edib.
TƏBİB-n tabeliyində icra edilməyən və ya qismən icra edilən cərrahi tibbi xidmətlərin ümumi sayı 31% təşkil etməklə, onlardan ürək-damar sistemində aparılan əməliyyatların sayı – 35%, gözdə aparılan əməliyyatlar – 28%, koronar angioplastika, vaskulyar stendlərin taxılması əməliyyatları – 23%, əzələ-skelet sistemində aparılan əməliyyatların sayı, o cümlədən oynaq endoprotezlərinin yerləşdirilməsi – 6% olub.

Xidmətlər Zərfinə tətbiq edilmiş dəyişikliklərlə əlaqədar tibb müəssisələri tərəfindən tibbi xidmətlərin xəstəxana idarəetmə sisteminə (E-TEBİB portalına) daxil edilməsi məqsədilə İşçi qrup yaradılaraq test bazasında tibbi xidmətlərin E-TEBİB portalında yoxlama işləri aparılıb və yeni Xidmətlər Zərfinin tətbiqi yekunlaşıb".

Son xəbərlər

Orphus sistemi