"İçməli su vasitəsilə keçən infeksion xəstəliklərlə bağlı vəziyyət stabildir”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə deyib.
Onun sözlərinə görə, su ilə keçən infeksion xəstəliklər Bakıda və regionlarda azalma səviyyəsindədir: "Su ilə keçən bəzi xəstəliklər - vəba, qarın yatalağına uzun illərdir rast gəlinmir. Bəzi xəstəliklər isə 10 illərdir müşahidə olunmur. Hazırda Hepatit A azalıb, digər xəstəlikləri də yoxlayırıq".