İslandiyada yoluxma hallarının 50%-i simptomsuzdur

İslandiyada yoluxma hallarının 50%-i simptomsuzdur İslandiya əhalisinin 5%-i koronavirus testindən keçib.
Sağlamlıq
3 Aprel , 2020 12:51
İslandiyada yoluxma hallarının 50%-i simptomsuzdur
Shutterstock/Savanevich Viktar

İslandiya əhalisinin 5%-i koronavirus testindən keçib.

“Report” CNN-ə istinadən xəbər verir ki, ölkədə aşkar edilən koronavirus hallarının yarısı simptomsuz olub.

Belə ki, İslandiyada simptomlu və risk qrupuna daxil olan insanları Milli Universitetin klinikası müayinə edir. Eyni zamanda “deCODE Genetics” şirkəti də ölkə rəhbərliyinin yardımı ilə karantində olmayan insanları koronavirus testindən keçirir.

“deCODE Genetics”in bilgisinə görə, onlarda yoxlanışdan keçən 9 min nəfərdən yalnız 1%-də koronavirus qeydə alınıb. Maraqlıdır ki, koronavirus daşıyıcılarının 50%-də xəstəliyin simptomları aşkarlanmayıb.

Şirkət ölkədə 50 000 nəfəri yoxlamağı, başqa sözlərlə, əhalinin 13 faizini müayinədən keçirməyi düşünür.

Qeyd edək ki, 360 min əhaliyə malik İslandiyada koronavirusla əlaqədar təhsil ocaqları bağlanılıb, 100 və daha çox insanın toplanması qadağan edilib. Ancaq bundan daha sərt tədbirlər görülmür, çünki ölkə rəhbərliyi koronavirusun yayılma prosesinə nəzarət edə biləcəyini hesab edir.

İslandiyada indiyədək 1 300-dən çox koronavirusa yoluxma faktı qeydə alınıb. 300-ə yaxın insan koronavirusa qalib gəlsə də, virus qurbanlarının sayı isə 4 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 018 920 nəfərdir. Bunların 213 525 nəfəri sağalıb, 53 292 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi