Bakı. 18 aprel. REPORT.AZ/ İcbari tibbi sığorta xidmətindən ambulator müalicə alanların sayı xəstəxana üzrə gündəlik 900-1200 nəfər arasında dəyişir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta ürzə Dövlət Agentliyinin Monitorinq, Təhlil və İT şöbəsinin müdiri İsa Əliyev deyib.
O bildirib ki, müraciətlərin forması da müxtəlifdir: "Əsasən ürək-damar xəstəlikləri, diaqnostik xidmətlərlə bağlı müraciət daha çox olunur".
İcbari sığorta tədbiq olunan tibb müəssisələrində həkimlərin maaş sisteminin yeni tədbiqi nəzərə alınarsa, hələlik heç bir xəstənin həkimin işi ilə bağlı ciddi şikayət etməyib.