Hindistandan idxal olunan yerfındığının istehlaka yararsız olduğu aşkarlanıb

Hindistandan idxal olunan yerfındığının istehlaka yararsız olduğu aşkarlanıb Hindistandan idxal olunan yerfındığının istehlaka yararsız olduğu aşkarlanıb
Sağlamlıq
11 avqust 2023 11:28
Hindistandan idxal olunan yerfındığının istehlaka yararsız olduğu aşkarlanıb

Hindistandan Azərbaycana idxal olunan yerfındığı məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, “Buta Çərəz” MMC-nin Hindistandan idxal etdiyi ümumi çəkisi 54108 kq yerfındığı (araxis) məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə Aflatoksin B1-in miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi