Hesabat: Azərbaycan əhalisinin 20%-dən çoxu artıq çəkidən əziyyət çəkir

Hesabat: Azərbaycan əhalisinin 20%-dən çoxu artıq çəkidən əziyyət çəkir Dünya ölkələrinin piylənmənin yayılması üzrə reytinqi açıqlanıb
Sağlamlıq
2 Fevral , 2018 12:50
Hesabat: Azərbaycan əhalisinin 20%-dən çoxu artıq çəkidən əziyyət çəkir

Bakı. 2 fevral. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı üzrə Beynəlxalq Agentliyi olan FAOSTAT dünya ölkələrində piylənmənin yayılması üzrə apardığı tədqiqatların nəticələrini açıqlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, agentlik böyük insanların (18 yaş və yuxarı) dünya ölkələri üzrə hansı hissəsinin piylənmədən əziyyət çəkdiyini qeyd edib. "Artıq çəki" reytinqinə 195 ölkə daxil edilib.

Azərbaycan reytinqdə əhalisinin 21,3%-nin artıq çəkidən əziyyət çəkməsi ilə 88-ci yeri tutub.

Reytinqdə Türkiyə 22-ci (29,3%), Rusiya 47-ci (25,2%), İran 77-ci (22,5%), Gürcüstan 93-cü (20,9%), Ermənistan isə 106-cı (19,1%) sırada qərarlaşıb.

Dünyada əhalisi ən incə bədən quruluşuna malik ölkələr kimi Vyetnam, Timor və Burundi seçilib.

Dünyada ən çox piyli insanlar isə Kuk adalarında yaşayır: burada əhalinin 52,4%-də artıq çəki var. 2-3-cü sıraları 50,7%-lik göstərici ilə Niue və Nauru tutur.

Son xəbərlər

Orphus sistemi