Hər il dünyada 17,9 milyon nəfər ürək-qan damar xəstəlikləri səbəbindən ölür

Hər il dünyada 17,9 milyon nəfər ürək-qan damar xəstəlikləri səbəbindən ölür Bakı. 29 sentyabr. REPORT.AZ/ Hər il dünyada 17,9 milyon nəfər ürək-qan damar xəstəlikləri səbəbindən ölür.
Sağlamlıq
472
29 Sentyabr , 2018 11:25
Hər il dünyada 17,9 milyon nəfər ürək-qan damar xəstəlikləri səbəbindən ölür

Bakı. 29 sentyabr. REPORT.AZ/ Hər il dünyada 17,9 milyon nəfər ürək-qan damar xəstəlikləri səbəbindən ölür.

“Report” xəbər verir ki, ürəklə əlaqəli xəstəliklər səbəbindən ölənlərin sayı 2030-cu ildə 23 milyona çatacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, ürək xəstəlikləri ölümlərin 31 faizini təşkil edir. 

Xəstəliyin yaranması səbəbləri arasında siqaret çəkmək, yanlış qidalanma, hərəkətsizlik, duzlu qidaların və spirtli içkilərin qəbulu dayanır. Bu alışqanlıqlar insanda təzyiqin və qan şəkərinin, eləcə də çəkinin artmasına gətirib çıxarır.

Hesablamalara görə, ürəklə bağlı ölümlərin üçdə biri 70 yaşdan aşağı insanlar arasında qeydə alınır və hər il bu rəqəm artır. Ölümlərin əksəriyyəti də inkişaf etmiş ölkələrdə baş verir.

Mütəxəssislər insanlara aktiv və sağlam həyat tərzi yaşamağı tövsiyə edir.

Qeyd edək ki, sentyabrın 29-u Dünya Ürək Günüdür.  

Son xəbərlər

Orphus sistemi