Həkimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Həkimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələri açıqlanıb Müsabiqədə 18-25 arası bal toplayan 63 həkim müsbət nəticə göstərərək uğur qazanıb
Sağlamlıq
10 Yanvar , 2015 10:44
Həkimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Ötən il dekabrın 25-27-si arası keçirilmiş və cari il yanvarın 7-də başa çatmış müsabiqədə 18-25 arası bal toplayan 63 həkim müsbət nəticə göstərərək uğur qazanıb.

Müsahibədən müvəffəqiyyətlə keçən həkimlər yanvarın 14-də Səhiyyə Nazirliyinin “Elektron səhiyyə” xidmətindən iş yerlərinə göndərişləri ala bilərlər.

Qeyd edək ki, bu linklə nazirliyin rəsmi saytında müsabiqənin nəticələri barədə ətraflı məlumat əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi