Həkim: "Peyvənd olunanların sayı çox olsa, yeni mutasiyaların yaranmasının qarşısı alınar"

Həkim: "Peyvənd olunanların sayı çox olsa, yeni mutasiyaların yaranmasının qarşısı alınar" “Rusiyada əhali arasında sürətlə yayılmağa başlayan koronavirusun AY.4.2 növünü yeni ştam adlandırmaq olmaz. Bu, “Delta” variantının bir növüdür. Buna hətta hamının bildiyi “Delta plus” ştamı da demək olar”.
Sağlamlıq
21 Oktyabr , 2021 16:41
Həkim: Peyvənd olunanların sayı çox olsa, yeni mutasiyaların yaranmasının qarşısı alınar

“Rusiyada əhali arasında sürətlə yayılmağa başlayan koronavirusun AY.4.2 növünü yeni ştam adlandırmaq olmaz. Bu, “Delta” variantının bir növüdür. Buna hətta hamının bildiyi “Delta plus” ştamı da demək olar”.

Bunu “Report”a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

Həkim-infeksionist xatırladıb ki, bu növ ilk dəfə Böyük Britaniyada qeydə alınıb: “Hazırda Rusiya mətbuatında adıçəkilən növün əvvəlki ştamlara nisbətdə guya daha çox yoluxdurucu, öldürücü və uşaqlar arasında xəstəlik törətdiyi yazılsa da, Böyük Britaniya bu barədə onlarda belə bir statistikanın olmadığını bəyan edib”.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı AY.4.2 növünün hazırda tədqiqat altında olan variant kimi qiymətləndirir: “Bu növün 10-15 faiz daha yoluxdurucu olduğu qeyd olunur. Koronavirusun yeni variantlarının meydana gəlməsi prosesi davam edir. Çünki dünya əhalisi arasında vaksinasiya hələ istənilən səviyyədə deyil. Bu da istər-istəməz yeni ştamların meydana çıxmasına şərait yaradır. Nəzərə alsaq ki, virus orqanizmdən-orqanizmə keçdikdə yeni mutasiyalar üçün şərəit yaranır. Peyvənd vurduranlar nə qədər çox olsa, virusun yayılması şansı qalmayacaq və yeni mutasiyalar olmayaq. Vətəndaşların, əsasən də risk qrupuna aid şəxslərin peyvənd olunmaları vacibdir”.

Son xəbərlər

Orphus sistemi