Həkim-nefroloq hemodializ alan xəstələrə çağırış edib

Həkim-nefroloq hemodializ alan xəstələrə çağırış edib "Hemodializ alan xəstələr 3D prinsipinə (dializ, dərman, diyeta) əməl etməlidirlər".
Sağlamlıq
9 Mart , 2023 11:09
Həkim-nefroloq hemodializ alan xəstələrə çağırış edib

"Hemodializ alan xəstələr 3D prinsipinə (dializ, dərman, diyeta) əməl etməlidirlər".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılov bildirib.

Onun sözlərinə görə, ilk növbədə, təyin olunmuş hemodializ seanslarına vaxtında getməlidirlər: "Bu, adətən həftədə 3 dəfə olmaqla 4 saat aparılır. Hemodializ dozası 12 saatdan az olmamalıdır. Konservativ müalicənin əsas prinsiplərinə aiddir: əsas xəstəliyin düzgün korreksiyası, turşu-qələvi və elektrolit balansının tənzimlənməsi, antianemik dərmanlar, diuretiklərdən istifadə, az zülallı pəhriz. Hemodializ alan xəstələrə duzlu və yağlı yeməklər, ət, balıq və göbələk bulyonları, hisə verilmiş/qurudulmuş ət, balıq və kolbasa məhsulları, quru meyvələr, çərəzlər (qoz, findıq, badam, fisdıq və s.) qidaların qəbulu qadağan edilməlidir".

Son xəbərlər

Orphus sistemi