Həkim-mütəxəssis baş ağrısının əsas səbəblərindən birini açıqlayıb

Həkim-mütəxəssis baş ağrısının əsas səbəblərindən birini açıqlayıb “Xroniki baş ağrılarının əsas səbəblərindən biri də gün ərzində qulaqcıqdan mütəmadi istifadədir”.
Sağlamlıq
1020
18 Sentyabr , 2021 11:03
Həkim-mütəxəssis baş ağrısının əsas səbəblərindən birini açıqlayıb

“Xroniki baş ağrılarının əsas səbəblərindən biri də gün ərzində qulaqcıqdan mütəmadi istifadədir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev deyib.

Qulaqcığın insan orqanizminə təsirlərindən danışan həkim bildirib ki, gün ərzində qulaqcıqdan iki saatdan artıq istifadə ciddi fəsadlar yarada bilər: “Artıq uzun illərdir ki, xüsusən də gənclər gün ərzində saatlarla qulaqcıqdan istifadə edir. Hər bir cihazın müəyyən desibel səs səviyyəsi var. Peşə xəstəliklərinə aid olan maksimal səviyyə 80 desibeldir. Səsin yüksəkliyi 80 faizdən artıq olmamalıdır, yəni 50-60 faiz olsa daha yaxşı olar. Müasir qulaqcıqların səsi isə 100-120 desibelə qədər yüksəlir, bu da qulağa intensiv küy verir. Yaranan küyün nəticəsində istər-istəməz insanın eşitmə qabiliyyəti tezliklə aşağı düşür”.

Son xəbərlər

Orphus sistemi