Hande Harmancı: "İnsanlarda səhiyyə xidmətlərinə inam yaratmaq lazımdır"

Hande Harmancı: "İnsanlarda səhiyyə xidmətlərinə inam yaratmaq lazımdır" "Azərbaycanda hələ də donor orqanı çatışmazlığı, meyitdən orqanın köçürülə bilməməsi maneə olaraq qalır"
Sağlamlıq
122
20 Aprel , 2021 12:41
Hande Harmancı: İnsanlarda səhiyyə xidmətlərinə inam yaratmaq lazımdır
Hande Harmancı

“Apardığımız sorğuların nəticəsinə görə Azərbaycanda əhalinin tanıdığı səhiyyə işçilərinə inam yüksəkdir. Bu da yaxşı göstəricidir”.

“Report” xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

ÜST rəsmisi Azərbaycanda insanların orqan transplantasiyası barədə nə düşündükləri ilə bağlı axtarış sistemində heç bir məlumat tapa bilmədiyini bildirib: “Bu o demək deyil ki, bu barədə ölkədə araşdırma aparılmayıb. Sadəcə insanlar səhiyyə xidmətləri işə yaradığı təqdirdə qəbul edə bilər. Əks təqdirdə heç bir nəticə əldə edilə bilməz. İnsanlarda səhiyyə xidmətlərindən vaxtlı-vaxtında yararlanmaları üçün inam yaratmaq üçün birlikdə çalışmaq lazımdır. Müxtəlif sahələrin insanları bir araya gələrək bu sahədə uğurlu işlərə nail oluna bilər”.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycanda hələ də donor orqanı çatışmazlığı, meyitdən orqanın köçürülə bilməməsi maneə olaraq qalır: “ÜST-nin məlumatlarına görə dünyada böyrək transplantasiyalarının 36.2 faizi, qaraciyər transplantasiyalarının isə 19.2 faizi canlıdan canlıya köçürülür. Heç bir ölkədə bu əməliyyatlara olan ehtiyac yalnız canlıdan canlıya orqan köçürülməsi ilə aparılmır. Bizdə donor çatışmazlığı ilə bağlı bir sıra orqan köçürülməsi əməliyyatları ümumiyyətlə aparılmır”.

Son xəbərlər

Orphus sistemi