Mərkəzi Neftçilər Xəstəxanası: “Hakim Ənvər Seyidovun səhhəti yaxşıdır, o, həftəsonu evə buraxılacaq”

Mərkəzi Neftçilər Xəstəxanası: “Hakim Ənvər Seyidovun səhhəti yaxşıdır, o, həftəsonu evə buraxılacaq” “Tezliklə də işinə qayıdacaq”
Sağlamlıq
121
14 Dekabr , 2016 09:28
Mərkəzi Neftçilər Xəstəxanası: “Hakim Ənvər Seyidovun səhhəti yaxşıdır, o, həftəsonu evə buraxılacaq”

Bakı. 14 dekabr. REPORT.AZ/ “Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun səhhəti qaydasındadır”. Bunu “Report”a açıqlamasında hakimin hazırda müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib.

Baş direktorun sözlərinə görə, Ənvər Seyidovun vəziyyəti yaxşıdır: “Onun şəkəri yüksəlmişdi deyə, səhhətində müəyyən problem yaranmışdı. Lakin indi hər şey öz qaydasındadır. Həftəsonu o, evə buraxılacaq. Tezliklə də işinə qayıdacaq”.

Qeyd edək ki, 67 yaşlı hakim dekabrın 6-da xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.  

Son xəbərlər

Orphus sistemi