Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilib - FƏRMAN

Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilib - FƏRMAN Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Sağlamlıq
3 Noyabr , 2017 17:22
Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilib - FƏRMAN

Bakı. 3 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na aşağıdakı məzmunda 18-ci hissə əlavə ediləcək:

Dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na aşağıdakı məzmunda 18-ci hissə əlavə edilsin:

18. Gözün buynuz qişası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Son xəbərlər

Orphus sistemi