Göyçayda koronavirusa qarşı dezinfeksiya işləri görülüb

Göyçayda koronavirusa qarşı dezinfeksiya işləri görülüb Göyçay rayonunda COVID-19 infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri aparılıb.
Sağlamlıq
13 Avqust , 2021 04:54
Göyçayda koronavirusa qarşı dezinfeksiya işləri görülüb

Göyçay rayonunda COVID-19 infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri aparılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti tibbi-profilaktik və dezinfeksiya tədbirləri görülüb.

Tədbirlər əsasən şəhərin küçələrini, çoxmənzilli binaların giriş bloklarını, bazar ərazisini, parkları və digər əraziləri əhatə edib.

İnsanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri rayon ərazisində mütəmadi olaraq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi