Gigiyena və Epidemiologiya Mərkəzinə yeni direktor əvəzi təyin olunub

Gigiyena və Epidemiologiya Mərkəzinə yeni direktor əvəzi təyin olunub İmran Abdullayev bundan əvvəl mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri olub
Sağlamlıq
7 Fevral , 2017 12:41
Gigiyena və Epidemiologiya Mərkəzinə yeni direktor əvəzi təyin olunub

Bakı. 7 fevral. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə yeni direktor əvəzi təyin olunub.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fevralı ayının 1-dən etibarən bu iş İmran Abdullayeva həvalə olunub.

Xatırladaq ki, İ.Abdullayev bundan əvvəl mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri olub. Hazırda onun əvvəlki vəzifəsini Nazim Feyzullayev icra edir.

Qeyd edək ki, mərkəzin əvvəlki direktoru Vaqif Abdullayev idi. 

Son xəbərlər

Orphus sistemi