Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Sağlamlıq
7 Fevral , 2023 16:54
Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Q.Nəbi küç., ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məhərrəmov Rövşən Rövşən oğluna məxsus quş əti emalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib.

Belə ki, emal prosesində istifadə olunan avadanlıqların vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunverciliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi