Gəncədə keçirilən şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

Gəncədə keçirilən şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Məhrəsə bağı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədova Gülüzar Şahmar qızına məxsus “Şəms” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin poz
Sağlamlıq
10 noyabr 2021 11:05
Gəncədə keçirilən şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Məhrəsə bağı qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədova Gülüzar Şahmar qızına məxsus “Şəms” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi