Gələn ilin səhiyyə xərclərinin məbləği açıqlanıb

Gələn ilin səhiyyə xərclərinin məbləği açıqlanıb Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği açıqlanıb.
Sağlamlıq
21 Dekabr , 2020 12:19
Gələn ilin səhiyyə xərclərinin məbləği açıqlanıb

2021-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1409,0 milyon manat vəsait ayrılacaq.

“Report” xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.

Qeyd olunub ki, gələn ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz təşkil edəcək.

Səhiyyə xərcləri üçün ayrılan vəsaitin 1,5 milyon manatı və ya 0,1 faizi (2020-ci illə müqayisədə 0,3 milyon manat və ya 23,6 faiz çox) poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 153,7 milyon manatı və ya 10,9 faizi xəstəxanaların saxlanılması xərclərinə, 2,4 milyon manatı və ya 0,2 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə, 1251,4 milyon manatı və ya 88,8 faizi səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Son 5 ildə (2016-2021-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,0 faiz-bənd, natural ifadədə isə 706,5 milyon manat və ya 2,0 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi