Gələn il fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal istifadəyə veriləcək

Gələn il fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal istifadəyə veriləcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Sağlam çəkiyə doğru” mövzusunda tədbir keçirilib.
Sağlamlıq
8 Dekabr , 2022 17:36
Gələn il fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal istifadəyə veriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Sağlam çəkiyə doğru” mövzusunda tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə əhali arasında artıq çəki ilə mübarizə və sağlam qidalanma istiqamətində maarifləndirməni artırmaq məqsədi ilə yaradılmış onlayn platforma nümayiş olunub.

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sön dövrlər bütün dünyada olduğu kimi ölkəmizdə də artıq çəkinin yaratdığı xəstəliklərdən əziyyət çəkən insanların sayının artdığını bildirib:

"Bu ilin yanvar ayına olan məlumata görə ölkədə şəkərli diabetlə yaşayan 306 219 nəfər qeydiyyatdadır. Əhalinin sağlamlığının qorunması sahəsində səhiyyə qurumlarının üzərinə düşən vəzifələrdən biri də xəstəliklərin profilaktikası ilə bağlı əhali arasında maarifləndirmə işini aparmaqdır. İnkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, xəstəliklərin qarşısının alınmasının bir yolu da fiziki aktivliyin təbliği, zərərli vərdişlərdən və qidalardan çəkinməyə yönəlik tövsiyələrin verilməsi ilə mümkündür”.

Danimarka Krallığının Türkiyə və Azərbaycandakı səfiri Denni Annan ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı və daha geniş spektri əhatə etməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Dünyada artıq çəki və piylənməyə məruz qalan insanların sayının ilbəil artdığını deyən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bir çox xəstəliklərə yol açan problem uşaqlar arasında da geniş yayılmaqdadır. O bildirib ki, rəhbərlik etdiyi Səhiyyə komitəsi əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində bundan sonra da çalışmağa davam edəcək.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, əhali arasında fiziki aktivliyi təbliğ etmək, ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və insanları sağlam həyat tərzinə sövq etmək kimi hədəflər TƏBİB-in prioritet istiqamətlərindən biridir.

Tədbir çıxışlarla davam edib.

Fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal (saglamceki.az) 2023-cü ildən istifadəyə veriləcək.

Son xəbərlər

Orphus sistemi