"Gələn həftə ilk modul tipli xəstəxana bizə təhvil veriləcək. Orada çalışacaq tibb işçilərinin təlimi başa çatıb".
"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri bildirib ki, ölkədə sanitar epidemioloji vəziyyət nəzarət altındadır.
O qeyd edib ki, 1542 Çağrı Mrəkəzinə koronavirus xəstəliyi ilə bağlı 2 271, psixoloji dəstəklə bağlı 961, poliknik xidmətlər üzrə 1 209 müraciət daxil olub.