Fransada 7 mindən çox insanda koronavirus aşkarlandı

Fransada 7 mindən çox insanda koronavirus aşkarlandı Ötən gün Fransada 7 071 nəfərdə COVID-19 aşkarlanıb.
Sağlamlıq
1272
6 Sentyabr , 2020 23:57
Fransada 7 mindən çox insanda koronavirus aşkarlandı

Ötən gün Fransada 7 071 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, son 24 saatda ölkədə koronavirusdan səhhəti ağırlaşmış 3 nəfər ölüb. Qeyd edilir ki, son 7 gündə Qərbi Avropanın bu ölkəsində virusa yoluxmuş 1 704 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 288-i reanimasiya şöbələrində müalicə edilirlər.

Epidemiyanın başlanğıcından Fransada koronavirusa ümumilikdə 324 777 yoluxma qeydə alınıb.

Orphus sistemi