Fariz Babayev Respublika Klinik Uroloji Xəstəxanasına direktor təyin olunub

Fariz Babayev Respublika Klinik Uroloji Xəstəxanasına direktor təyin olunub Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəz
Sağlamlıq
1005
18 Sentyabr , 2021 20:49
Fariz Babayev Respublika Klinik Uroloji Xəstəxanasına direktor təyin olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə "Report"a Fariz Babayev özü məlumat verib.

O, bildirib ki, bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Vüqar Qurbanov sentyabrın 16-da imzalayıb.

TƏBİB sədrinin əmri ilə bununla bağlı digər məsələlərin həlli “Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

Son xəbərlər

Orphus sistemi