Elşən Əsədov: "Qadınların işləməsinə müxtəlif amillər təsir edir"

Elşən Əsədov: "Qadınların işləməsinə müxtəlif amillər təsir edir" "Qadınların işləməsinə müxtəlif amillər təsir edir. Qadınların təhsili, ailə və mentalitet məsələsi ciddi maneə kimi ortaya çıxırdı".
Sağlamlıq
17 Sentyabr , 2021 12:59
Elşən Əsədov: Qadınların işləməsinə müxtəlif amillər təsir edir

"Qadınların işləməsinə müxtəlif amillər təsir edir. Qadınların təhsili, ailə və mentalitet məsələsi ciddi maneə kimi ortaya çıxırdı".

“Report” xəbər verir ki, bu fikirləri Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov deyib.

Onun sözlərinə görə, yeni çağırışlar xanımlar üçün ciddi imkanlar yaradıb: “Mən xanımların daha kreativ olduğu qənaətindəyəm. Bu anlamda kişilərdən geri qalmırlar. 44 günlük Vətən müharibəsi dövründə xanımların virtual aləmdə döyüşkənliyi geri qalmırdı. Virtual aləmdə işləri təqdim etmək anlamında və bu aləmin gətirdiyi imkanlardan yararlanaraq iş qurmaq komplekslərinin aradan qalmasını təmin edib. Bu anlamda xanımlara ciddi fürsət açılıb. Qlobal araşdırmalarda qadınların gələcək əmək bazarında ciddi yer alacağı öz əksini tapıb. Hesab edirəm ki, Azərbaycan xanımları da bu prosesdən geri qalmayacaqlar. Azərbaycan xanımları indi iqtisadiyyatda, biznesdə və idarəetmədə rol alırlar. Bu gələcəkdə daha da genişlənəcək və ölkə üçün faydalı olacaq”.

Son xəbərlər

Orphus sistemi