Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsinə təyinat olub

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsinə təyinat olub TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna Allahverdi Aydın oğlu Musayev direktor vəzifəsinə təyin edilib.
Sağlamlıq
30 Oktyabr , 2020 15:38
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsinə təyinat olub

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna Allahverdi Aydın oğlu Musayev direktor vəzifəsinə təyin edilib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Allahverdi Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikası İzmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili alıb. Tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyyəsi, Mərkəzi Neftçilər Xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışıb.

Allahverdi Musayev
Allahverdi Musayev

Son xəbərlər

Orphus sistemi