Ələtdə baş verən yol qəzasında xəsarət alanların son durumu açıqlanıb

Ələtdə baş verən yol qəzasında xəsarət alanların son durumu açıqlanıb Bakı-Ələt yolunun 61-ci kilometrliyində mikroavtobusla minik maşının toqquşması nəticəsində baş verən qəzada xəsarət alanların son durumu açıqlanıb.
Sağlamlıq
20 Dekabr , 2021 10:22
Ələtdə baş verən yol qəzasında xəsarət alanların son durumu açıqlanıb

Dekabrın 17-də Bakı-Ələt yolunun 61-ci kilometrliyində mikroavtobusla minik maşının toqquşması nəticəsində baş verən qəzada xəsarət alanların son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən "Report"a verilən məlumata görə, hazırda xəstəxanada 6 nəfərin müalicəsi davam edir.

Qeyd olunub ki, reanimasiyada olan üç nəfərdən biri şöbəyə köçürülüb, qalan iki nəfərin vəziyyəti kritik olaraq qalır.

Xatırladaq ki, hadisə nəticəsində xəsarət alan 9 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

Son xəbərlər

Orphus sistemi