Eldəniz Muradov: "Hazırda Azərbaycanda 5831 nəfər İİV-li xəstə var"

Eldəniz Muradov: "Hazırda Azərbaycanda 5831 nəfər İİV-li xəstə var" Bakı. 18 may. REPORT.AZ/ Mayın 1-nə olan məlumata görə, hazırda Azərbaycanda 5831 nəfər İİV-li xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693 nəfəri qadındır.
Sağlamlıq
18 May , 2018 11:44
Eldəniz Muradov: Hazırda Azərbaycanda 5831 nəfər İİV-li xəstə var
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mubarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov / Report/ Elshan Baba
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ "Mayın 1-nə olan məlumata görə, hazırda Azərbaycanda 5831 nəfər İİV-li xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693 nəfəri qadındır".

"Report" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.

O bildirib ki, 1987-ci ildə Azərbaycanda ilk dəfə İİV virusu aşkar olunandan bu günə qədər QİÇS mərhələsində olan vətəndaşların sayı 2103 nəfərdir, 904 nəfər isə vəfat edib: "2018-ci ilin 4 ayı ərzində Azərbaycanda İİV-lə yoluxması yeni aşkar olunan insanların sayı 193 nəfər təşkil edib. Onlardan 188 nəfəri Azərbaycan vətəndaşıdır, 5 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış 188 nəfərdən 123-ü kişi, 65 nəfəri isə qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan Respublikası vətəndaşlarının sayı 46 nəfərdir. Həmin müddətdə İİV infeksiyasından 16 nəfər ölüb".

E.Muradov bildirib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları arasında 23 nəfər parental kontakt, 89 nəfər heterosexual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə İİV-lə yoluxub: "Qeydiyyatda olanlardan 42, 2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub. Ana hamilə olan vaxtı müalicə olunarsa, uşağa ötürülmə keçmir. İldə orta hesabla 40-50 nəfər HİV infeksiylı ana hamilə qalır. HİV infeksiyalarına yoluxanların 2,6 faizinə isə homoseksuallardan keçib. Azərbaycan İpək yolu üzərində yerləşdiyi üçün buradan narkotik trafiki keçir. Bir yol Cənubdan Şimala, ikinci yol Şərqdən Qəribə olan yoldur. Bu yollar olan inzibati ərazilərdə HİV-ə yoluxma daha çoxdur. Bu ən çox cənub zonasında, Lənkəran, Astara, Şirvan rayonlarında üstünlük təşkil edir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxma xeyli aşağıdır". 

Son xəbərlər

Orphus sistemi