Ekspert: “Delta” dünyada üstünlük qazanmaq üzrədir

Ekspert: “Delta” dünyada üstünlük qazanmaq üzrədir Koronavirusun “Delta” variantı tədricən dünyada üstünlük qazanaraq əksər ölkələrdə yayılır
Sağlamlıq
25 İyun , 2021 12:07
Ekspert: “Delta” dünyada üstünlük qazanmaq üzrədir

Koronavirusun “Delta” variantı tədricən dünyada üstünlük qazanaraq əksər ölkələrdə yayılır.

“Report” xəbər verir ki, bu barədə Çinin Xəstəliklərin Qabaqlanması və Nəzarəti Mərkəzinin (CDC) tədqiqatçısı və sabiq direktor müavini Fenq Zincian CCTV mərkəzi televiziyasına müsahibəsində bildirib.

Ekspert xatırladıb ki, 21 may – 21 iyun dövründə ölkənin cənubundakı Quanqdonq əyalətində koronavirusun “Delta” variantına 170 yerli yoluxma halı qeydə alınıb. Belə ki, daha böyük yoluxma qabiliyətinə malik olan həmin variant sürətlə yayılaraq get-gedə daha çox ölkə və bölgələri ağuşuna alır.

Dünya Səhiyyə Təşkilatına görə, ilkin olaraq Hindistanda üzə çıxmış “Delta” variantı hazırda 85-dən artıq ölkədə müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi