Afrika ölkələrinin hökumətlərinə koronavirus pandemiyasının sosial-iqtisadi təsirinə qarşı çıxmaq və iqtisadiyyatlarını yenidən qurmaq üçün qarşıdakı üç ildə təxminən 484 milyard ABŞ dollarına ehtiyac olacaq.
“Report” “Maghreb Arabe Press” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrika İnkişaf Bankının (AİB) vitse-prezidenti Kevin Urama bildirib.
Onun sözlərinə görə, qitədə səhiyyə infrastrukturu üçün maliyyə çatışmazlığı ildə təxminən 26 milyard dollar qiymətləndirilir.
"Pandemiya dövründə yüksək keyfiyyətli səhiyyə infrastrukturunun və əczaçılığın inkişafına investisiya tələbləri daha da artıb. O cümlədən, Afrika ölkələrinin iqtisadiyyatına və sosial sferasına ciddi ziyan vurub. Qitədə əhalinin yalnız təxminən 6%-i tam peyvənd olunub", - Urama deyib.