Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının verilməsi qaydasını açıqlayıb

Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının verilməsi qaydasını açıqlayıb Səhiyyə Nazirliyinin nümayəndələri əks-göstəriş sertifikatının verilməsi ilə bağlı vətəndaşları maraqlandıran sualları cavablandırıblar.
Sağlamlıq
3583
10 Sentyabr , 2021 12:07
Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının verilməsi qaydasını açıqlayıb

Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının verilməsi qaydasını açıqlayıb.

"Report"un xəbərinə görə, 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim etməlidirlər.

"Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir", - o vurğulayıb.

Aytən Qurbanova
Aytən Qurbanova

Son xəbərlər

Orphus sistemi