Ədliyyə Nazirliyi: Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 105 dəfə azalıb

Ədliyyə Nazirliyi: Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 105 dəfə azalıb Tbilisi. 16 oktyabr. REPORT.AZ/ “Azərbaycanın vərəmlə mübarizə sahəsindəki təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən region ölkələri üçün nümunə kimi qiymətləndirilir”.
Sağlamlıq
104
16 Oktyabr , 2018 12:46
Ədliyyə Nazirliyi: Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 105 dəfə azalıb
Azərbaycanın Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Müalicə işinin təşkili idarəsinin rəisi Füzuli Hüseynov / Report
0 : 00
0 : 00

Tbilisi. 16 oktyabr. REPORT.AZ/ “Azərbaycanın vərəmlə mübarizə sahəsindəki təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən region ölkələri üçün nümunə kimi qiymətləndirilir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Müalicə işinin təşkili idarəsinin rəisi Füzuli Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər sayəsində ölkədə cəzaçəkmə yerlərində həm aşkar olunan vərəm hallarının sayı dəfələrlə azalıb, həm də ölüm hallarının sayı 1995-ci illə müqayisədə 105 dəfə aşağı düşüb: “Həmçinin həssas formalı vərəmin müalicə göstəricisi Azərbaycanda 92-93 faizə çatıb. Halbuki ÜST-nin bu sahədəki hədəf göstəricisi 85 faizdir”.

F.Hüseynov deyib ki, Azərbaycanda həmçinin dərmanlara davamlı formalı vərəmin uğurlu müalicə faizi 78 faiz təşkil edir: “ÜST-nin tövsiyəsinə əsasən, hədəf göstəricisi 75 faizdir. Azərbaycan vərəmin bütün formalarının uğurlu müalicə göstəricilərinə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur”.

Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə vərəmlə mübarizəyə həsr olunan regional konfrans başlayıb. İkigünlük tədbirdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri iştirak edirlər. Toplantıda ÜST tərəfindən vərəmlə mübarizə sahəsində regionda həyata keçirilən tədbirlərin yekunu və əldə olunan nəticələr müzakirə edilir. 

Konfrans çərçivəsində vərəmlə mübarizə sahəsində dövlətlərin əldə etdiyi təcrübələr nəzərdən keçirilir. Azərbaycandan tədbirə Ədliyyə Nazirliyi ilə yanaşı Səhiyyə Nazirliyinin və digər aidiyyatı təşkilatların məsul əməkdaşları da qatılıb. 

Son xəbərlər

Orphus sistemi