Bakı. 4 yanvar. REPORT.AZ/ Gələn il Qərbi Afrikanı bürümüş Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım gələcək.
"Report" Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə Dünya Bankının ekspertlərinin hazırladığı məruzədə qeyd olunur.
Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, ölümcül Ebola virusunun səbəb olduğu xəstəlikdən ölənlərin sayı təxminən 7,7 min nəfərə çatıb, eyni zamanda, yoluxanların sayı da artaraq 20 min nəfərə yaxınlaşıb.