Dünyanın hər qırxıncı sakini koronavirusa yoluxub

Dünyanın hər qırxıncı sakini koronavirusa yoluxub Dünyada koronavirusa yoluxanların ümumi sayı 200,2 milyon nəfəri keçib.
Sağlamlıq
5 Avqust , 2021 13:24
Dünyanın hər qırxıncı sakini koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların ümumi sayı 200,2 milyon nəfəri keçib.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, Yer kürəsi sakinlərinin 2,5%-dən çoxu bu xəstəliyə yoluxub.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Yer kürəsinin 7,875 milyard sakini olduğunu nəzərə alsaq, hər qırxıncı sakinin koronavirusa yoluxduğu bəlli olur.

Yoluxmuş şəxslərin, təxminən, yarısı 5 ölkənin – ABŞ-ın (35,3 milyon), Hindistanın (31,8 milyon), Braziliyanın (20 milyon), Rusiyanın (6,4 milyon) və Fransanın (6,3 milyon) payına düşür.

Xatırladaq ki, Azərbaycanda 346 mindən çox insan koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi