Dünyanın bu ada dövlətində koronavirusa ilk yoluxma qeydə alınıb

Dünyanın bu ada dövlətində koronavirusa ilk yoluxma qeydə alınıb Polineziyada, Sakit okeanda ada dövləti olan Tonqa Krallığında pandemiyanın başlanmasından ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.
Sağlamlıq
30 Oktyabr , 2021 21:05
Dünyanın bu ada dövlətində koronavirusa ilk yoluxma qeydə alınıb

Polineziyada, Sakit okeanda ada dövləti olan Tonqa Krallığında pandemiyanın başlanmasından ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə Britaniyanın BBC Yayım Korporasiyası bildirib.

İnfeksiya daha əvvəl Yeni Zelandiyadan təyyarə ilə gələn peyvənd olunmuş şəxsdə aşkarlanıb.

Hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, hazırda 105,6 min nəfər olan ada dövləti əhalisinin təxminən 30%-i artıq peyvənd olunub.

Tonqada ilk COVID-19-a yoluxma halı qeydə alındıqdan sonra minlərlə yerli sakin peyvənd olunmaq üçün sağlamlıq mərkəzlərinə axışıb.

Son xəbərlər

Orphus sistemi