Bəzi ölkələrdə uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb

Bəzi ölkələrdə uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb Dünyanın bəzi ölkələrində uşaqlarda mənşəyi məlum olmayan hepatit yayılıb.
Sağlamlıq
249
29 Aprel , 2022 08:42
Bəzi ölkələrdə uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb

Dünyanın bəzi ölkələrində uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb.

"Report" xəbər verir ki, bu barədə Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (ECDC) məlumatında bildirilir.

Kəskin hepatit virusuna yoluxma halları əsasən Avropa və Şimali Amerikada uşaqlarda müəyyən edilib.

Təkcə Böyük Britaniyada 111, Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniyada təxminən 55 belə hal qeydə alınıb.

Xəstəliyin mənşəyi məlum olmadığı üçün ECDC effektiv nəzarət tədbirlərini müəyyən edə bilmir.

Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi