Dünyanın 100 unikal insanından biri: “Mən rentgen kimi görürəm”

Dünyanın 100 unikal insanından biri: “Mən rentgen kimi görürəm” “İnsan anatomiyasını 1 millimetrədək görə bilirəm. Bioloji toxumaları görürəm. İxtisasca həkim olduğum üçün xəstəliklri dəqiq ayırd edə bilirəm. Mən rentgen kimi görürəm”.
Sağlamlıq
11 fevral 2022 12:37
Dünyanın 100 unikal insanından biri: “Mən rentgen kimi görürəm”

“İnsan anatomiyasını 1 millimetrədək görə bilirəm. Bioloji toxumaları görürəm. İxtisasca həkim olduğum üçün xəstəlikləri dəqiq ayırd edə bilirəm. Mən rentgen kimi görürəm”.

Bunu “Report”un Şərqi Avropa bürosuna Ukraynada paytaxt Kiyevdə yaşayan Viktoriya Çabanenko deyib.

İxtisasca peşəkar həkim olan Viktoriya Zaparojye Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. Lakin onun iş üslubu digər ənənəvi həkimlərdən fərqlidir. Belə ki, o, artıq 10 ildən çoxdur ki, heç bir texniki dəstək olmadan anadangəlmə unikal bacarıqla insan daxili orqanlarında problemləri dəqiqliklə müəyyən edib müalicəsini həyata keçirir.

"Əvvəlcə öz üsulum ilə müayinə aparıram. Diaqnozu müəyyənləşdirdikdən sonra tövsiyələrimi verirəm", - o deyir.

Çabanenko bildirib ki, ona olan xüsusi marağın, xeyli sayda xəstələrin üz tutmasının əsas səbəblərindən də biri odur ki, məsələn, digər ənənəvi mərkəzlərdə, tibbi müayinə aparatlarında tam aşkar olunmayan problemləri o aşkar edib müəyyənləşdirə bilir.

Bu bacarıqlarına görə, beynəlxalq "İNDİGO" tibb mərkəzi onu dünyanın 100 unikal şəxsindən biri elan edib.

Hazırda əsasən Ukraynada və Dubayda fəaliyyət göstərən Çabanenko Azərbaycandan da xeyli insanın bu üsulla dərdinə əlac olub.

Son xəbərlər

Orphus sistemi