Dünyada pandemiya ilə bağlı son statistika

Dünyada pandemiya ilə bağlı son statistika Dünyada COVID-19-a yoluxanların sayı 79,23 milyon nəfəri ötüb
Sağlamlıq
1313
27 Dekabr , 2020 21:04
Dünyada pandemiya ilə bağlı son statistika

Dünyada COVID-19-a yoluxanların sayı 79,23 milyon nəfəri ötüb

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 79 232 555 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 754 493 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 434 779 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 7 393 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 47 faizindan çoxu Şimali və Cənubi Amerikada (208 518), ardından Avropa (152 625), daha sonra isə Cənub-Şərqi Asiyada (29 062) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi