Dünyada koronavirusa yoluxma sayı 479 milyonu ötüb

Dünyada koronavirusa yoluxma sayı 479 milyonu ötüb Şənbə günü səhər saatlarında dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 479 005 560-a çatıb.
Sağlamlıq
26 Mart , 2022 11:37
Dünyada koronavirusa yoluxma sayı 479 milyonu ötüb

Şənbə günü səhər saatlarında dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 479 005 560-a çatıb.

“Report”un məlumatına görə, bunu ABŞ-ın Cons Hopkins Universitetinin məlumatları göstərir.

Dünyada virusun yayılmasından sonra indiyədək 6 114 208 nəfər COVID-19-dan ölüb.

20 milyondan çox yoluxma halı qeydə alınan ölkələr sırasına ABŞ, Hindistan, Braziliya, Fransa və Böyük Britaniya daxildir.

Yoluxmuş şəxslərin və yoluxmadan ölənlərin sayı müvafiq olaraq belədir: ABŞ - 79 936 777 və 976 505, Hindistan - 43 016 372 və 516 755 (şənbə günü məlumat yenilənməyib), Braziliya - 29 809 769 və 658 855, Fransa – 24 967 222 və 142 597, Böyük Britaniya – 20 848 912 və 165 046.

Şənbə günü səhər saatlarında hər 1 milyon nəfərə ölüm nisbəti 788,1 nəfər təşkil edib. ABŞ-da bu göstərici 3 000, Hindistanda 371, Braziliyada 3 061, Fransada 2 161, Böyük Britaniyada 2 401 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi