Dünyada koronavirusa yoluxanların sayı 595 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 595 milyon nəfəri ötüb Dünyada koronavirusa yoluxma hallarının sayı 595 milyon 677 min 66 nəfərə çatıb.
Sağlamlıq
21 Avqust , 2022 12:49
Dünyada koronavirusa yoluxanların sayı 595 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxma hallarının sayı 595 milyon 677 min 66-ya çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edək ki, indiyədək 6 milyon 452 min 769 nəfər COVID-19 nəticəsində dünyasını dəyişib.

Hazırda ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Cənubi Koreyada ümumilikdə 20 milyondan çox insan koronavirusa yoluxub.

Pandemiya dövründə dünyada COVID-19-a qarşı 12 milyard 66 milyon 538 min 586 peyvənd vurulub.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi