Dünyada koronavirusa yoluxanların sayı 464 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 464 milyona çatır Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 463 906 453 nəfərə çatıb.
Sağlamlıq
17 Mart , 2022 10:44
Dünyada koronavirusa yoluxanların sayı 464 milyona çatır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 463 906 453 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 058 277 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 81 289 602 nəfərə çatıb, 994 739 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 43 001 477 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516 132 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 488 777 nəfər virusa yoluxub, onlardan 656 231 nəfəri ölüb.

Yoluxma sayına görə dördüncü olan Fransada indiyədək virusa 23 943 801 yoluxma, 141 640 ölüm halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi