Dünyada koronavirusa yoluxanların sayı 460 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 460 milyona çatır Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 459 802 605 nəfərə çatıb.
Sağlamlıq
15 Mart , 2022 11:09
Dünyada koronavirusa yoluxanların sayı 460 milyona çatır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 459 802 605 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 045 905 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 81 216 268 nəfərə çatıb, 965 105 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 42 996 062 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 515 974 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 391 345 nəfər virusa yoluxub, onlardan 655 557 nəfəri ölüb.

Yoluxma sayına görə dördüncü olan Fransada indiyədək virusa 23 717 460 yoluxma, 141 321 ölüm halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi