Dünyada koronavirusa yoluxanların sayı 458,5 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 458,5 milyonu ötüb Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 458 582 909 nəfərə çatıb.
Sağlamlıq
14 Mart , 2022 11:18
Dünyada koronavirusa yoluxanların sayı 458,5 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 458 582 909 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 066 237 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 81 174 677 nəfərə çatıb, 993 811 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 42 993 991 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 515 494 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 368 776 nəfər virusa yoluxub, onlardan 655 139 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi