Dünyada koronavirusa yoluxanların sayı 453,4 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 453,4 milyonu ötüb Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 453 464 764 nəfərə çatıb.
Sağlamlıq
114
11 Mart , 2022 11:31
Dünyada koronavirusa yoluxanların sayı 453,4 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 453 464 764 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 029 827 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 454 920 nəfərə çatıb, 965 464 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 42 984 261 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 515 714 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 259 206 nəfər virusa yoluxub, onlardan 654 380 nəfəri ölüb.

Yoluxma sayına görə dördüncü olan Fransada indiyədək virusa 23 492 815 yoluxma, 140 904 ölüm halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi