Dünyada koronavirusa yoluxanların sayı 449,7 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 449,7 milyonu ötüb Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 449 742 231 nəfərə çatıb.
Sağlamlıq
212
9 Mart , 2022 11:01
Dünyada koronavirusa yoluxanların sayı 449,7 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 449 742 231 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 017 742 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 369 007 nəfərə çatıb, 961 843 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 42 975 883 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 515 355 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 152 318 nəfər virusa yoluxub, onlardan 653 134 nəfəri ölüb.

Yoluxma sayına görə dördüncü olan Fransada indiyədək virusa 23 346 927 yoluxma, 140 642 ölüm halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi